BolgeXeber.Com » Dünya » Almaz Atambayev Qırğızıstan prezidenti seçildi

Almaz Atambayev Qırğızıstan prezidenti seçildi

31-10-2011, 11:55
Oxunub: 6 509
Qırğızıstanın baş naziri Almaz Atambayev oktyabrın 30-da keçirilən prezident seçkisində qalib gəlib.

Bolgexeber.com-un xarici mətbuata istinadən yaydığı məlumatına görə, 62,95 faiz səs toplayan Almaz Atambayev ən yaxın rəqibləri Adaxan Madumarovu (14,92 faiz) və Kamçibek Taşiyevi (14,42 faiz) xeyli geridə qoyub. Digər 13 namizədin heç biri 1 faizlik baryeri keçə bilməyib. Seçkinin rəsmi nəticələri üç həftə ərzində açıqlanacaq.

Almaz Atambayevin 55 yaşı var. 1993-cü ildən Sosial Demokrat Partiyasının lideridir. Baş nazir kürsüsünə 2010-cu ilin dekabrında gətirilib.