BolgeXeber.Com » Sosial » ARDNŞ-in iki əməkdaşı bədbəxt hadsədə öldü

ARDNŞ-in iki əməkdaşı bədbəxt hadsədə öldü

31-10-2011, 12:20
Oxunub: 5 300 Dövlət Neft Şirkətinin (ARDNŞ) 2 əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.

ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin anspress-ə verdiyi məlumata görə, hadisə Xəzər dənizində, “Günəşli” neft yatağında baş verib. Yatağın 3-cü özülündə baş verən bədbəxt hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib.

Nizaməddin Quliyev hazırda faktla bağlı araşdırma aparıldığını, hadisənin dəqiq baş vermə səbəblərinin günorta saatlarında dəqiqləşdiriləcəyini və bu barədə ictimaiyyətə məlumat veriləcəyini bildirdi.