BolgeXeber.Com » Dünya » Facebook təhlükədə

Facebook təhlükədə

31-10-2011, 13:00
Oxunub: 5 011 24 saat ərzində 600 min istifadəçinin hesabına hücum ediləcək


Xarici məbuatın yaydığı məlumata görə, hakerlər 24 saatda 600 min facebook istifadəçisinin hesabına hücum təşkil edib. Facebookdan verilən açıqlamada bildirilib ki, "bu hücumdan heç bir istifadəçiyə ziyan dəyməyib. Yaxın günlərdə yeni təhlükəsizlik tədbirləri alınacaq."

800 milyondan çox üzvü olan dünyanın ən böyük sosial şəbəkəsi facebooku hakerlər rahat buraxmır. Saytla bağlı təhlükəsizlik mütəxəssisləri, verdikləri son açıqlamada yalnız 24 saat ərzində 600 min facebook istifadəçisinin haker hücumuna məruz qaldığını qeyd edib.

Məlumata görə, hakerlər istifadəçilərin fərdi fotoşəkillərini, mesajlarını və digər xüsusi məlumatlarını əldə ediblər. Ancaq facebook rəhbərliyi, haker hücumlarının uğrsuzluqla nəticələndiyini bildirib.