BolgeXeber.Com » Sosial » Xətaidə bomba həyəcani

Xətaidə bomba həyəcani

31-10-2011, 13:30
Oxunub: 5 343 Fişənglər sakinləri qorxuya saldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "qaynar xətt"inə Bakı şəhəri Xətai rayonunda partlayıcı qurğu ehtimal olunan şübhəli əşyaların aşkarlanması barədə məlumat daxil olub.

Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıblar. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış əşyaların 4 ədəd fişəng olduğu müəyyən edilib.

Aşkarlanmış fişənglər xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.