BolgeXeber.Com » Media » Mətbuat nümayəndələri prezidentə müraciət etdi

Mətbuat nümayəndələri prezidentə müraciət etdi

31-10-2011, 17:55
Oxunub: 5 966
Ölkə mətbuatının nümayəndələri Vasif Turanın başına gəlmiş faciənin obyektiv araşdırılmasını istəyir

Bu gün ölkənin aparıcı media mənsubları oktyabrın 7-də Qobu qəsəbəsində evinin yanması səbəbindən iki uşağını itirən bolgexeber.com saytının rəhbəri Vasif Turanla bağlı prezidentə müraciət ünvanlayıb. Bununla bağlı xəbər verir ki, həmin müraciətdə dövlət başçısından Vasif Turanın üzləşdiyi faciənin araşdırılması üçün müvafiq dövlət qurumlarına tapşırıq verilməsi istənilib.

Bu barədə açıqlama verən V.Turan deyib ki, müraciəti ünvanlamaqda məqsədləri uşaqlarının ölümü ilə nəticələnmiş hadisənin istintaqının ləng aparılması və hərəkətsizlikdir. «Abşeron rayon Polis Şöbəsi ümumiyyətlə, istintaq aparmır və heç bir addım atmır. Bununla bağlı Baş Prokurorluğa müraciət edərək, istintaqın aparılması işinin Abşeron polisindən alınaraq, onlar tərəfindən aparılmasını istəmişik. Hələlik bununla bağlı bizə hər hansı bir cavab verilməyib. Dövlət başçısına müraciət etməkdə məqsəd isə ondan ibarətdir ki, baş vermiş cinayətin daha tez açılması istiqamətində işlərin sürətləndirilməsinə nail olmaqdır».

Baş redaktoru bu məsələdə ona dəstək verən bütün həmkarlarına təşəkkür edib. «Mənə dəstək verdiyinə görə, hamıya təşəkkür edirəm. Minnətdaram ki, bu ağır gündə mənə yardımçı olur və dəstəklərini əsirgəmirlər».

Müraciəti imza edənlər aşağıda adları qeyd olunub.


1. Rauf Arifoğlu - «Yeni Müsavat» qəzetinin baş redaktoru
2. Qənimət Zahid - «Azadlıq» qəzetinin baş redaktoru
3. Fikrət Fəraməzoğlu -TİA.AZ Xəbər Portalının rəhbəri
4. Fariz Quliyev - «Araz Media» qəzetinin baş redaktoru
5. Xanlar Xoca- Yenilik.az saytının rəhbəri
6. Ədil Hüseynli - Bizimxeber.com saytının rəhbəri
7. Cavid Cabbaroğolu - Xəbər.info saytının rəhbəri
8. Hikmət Nəcəfli –Bizim dövr qəzetinin rəhbəri
9. Azər Qaramanlı-Poliqon İnformasiya Agentliyi rəhbəri
10. Asəf Rzayev- Unikal qəzetinin baş redaktoru
11. Aqil Ələsgər-Yeni Cag qəzetinin baş redaktoru
12. Sərkərdə Sərxanoğlu-Reportiyor qəzeti
13. Əlişir Əhəd- jurnalist
14. Eldəniz Elgün-jurnalist
15. Elşad Paşasoy-jurnalisti
16. Ramin Deko-jurnalist
17.Ədalət Nəbibəyli-jurnalist