Deputatın qardaşı Yesentukiyə niyə gedib?
18-09-2010, 08:40
Oxunub: 6 823
Gülhüseyn Əhmədovun qardaşı Xanhüseyn Əhmədovun adıçəkilən şəhərdə böyük biznesi olduğu deyilir
Saatlının deputatı Gülhüseyn Əhmədovun qardaşı Xanhüseyn Əhmədovun artıq bir aydın Rusiyanın Yesentuki şəhərində olduğu məlum olub. Bu barədə “Bolgexeber.com”-a məlumat verən mənbələr bildiriblər ki, deputatın qardaşının gediş səbəbi kimi, səhhətində yaranmış problem göstərilir. Lakin məsələnin içində başqa səbəblər var.
Mənbənin bildirdiyinə görə, Saatlı Meşə Təsərrüfatı İdarəsinin rəhbəri olan sözügedən şəxsin Yesentuki səfərinin arxasında başqa planlar dayanır. Onun səhhətində ciddi problemlərin olmadığını bildirən mənbə qeyd edib ki, bu səfərin məqsədi oradakı biznes sahələrini sahmana salmaqdır. Belə ki, deputat Gülhüseyn Əhmədov vəzifə başında olduğu dövrlərdə yığdığı pullar hesabına Rusiyada özünə biznes sahələri yaradıb. Həmin biznes sahələrinin bir qismi də Yesentuki şəhərində yerləşir.
Turizm və ticarət sahələrini əhatə edən həmin biznesdən əldə olunan gəlirləri ildə iki dəfə toplamaq üçün Rusiyaya yola düşən deputat qardaşı isə bu dəfə onlardan bir neçəsini satmaq fikrindədir. Mənbənin bildirdiyinə görə, idarə rəhbəri qardaşının parlament seçkilərində iştirakını nəzərə alaraq, lazım olan qədər pulun toplanılması üçün Saatlıda bir sıra cəhdlərə baş vurub. Lakin rayondan toplanan pulun seçki kampaniyasını maliyyələşdirmək üçün yetərli olmadığını görərək, Yesentukidəki biznes sahələrindən bir neçəsini satmaq qərarını verib.
Xatırladaq ki, Gülhüseyn Əhmədov vaxtıyla Saatlı rayonunun icra başçısı olub və sonra da deputat seçilib. Bu seçkilərdə isə onun adı YAP-ın vahid namizədlər siyahısından çıxarılıb. Bu barədə iki ay əvvəl xəbər tutan millət vəkili də qarşıdan gələn seçkilərdə müstəqil şəkildə namizədliyini irəli sürməyə hazırlaşır. Böyük ehtimalla onun yenidən seçilməsi mümkün olmayacaq.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər