BolgeXeber.Com » Media » Mühacirlər baş redaktorun həbsini pislədi

Mühacirlər baş redaktorun həbsini pislədi

1-11-2011, 13:50
Oxunub: 4 218 ASMDİ Əvəz Zeynallının dərhal azadlığa buraxılmasını tələb edir

Azərbaycan Siyasi Mühacirlərin Dünya İttifaqı (ASMDİ) dünən «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsinə etiraz əlamiəti olaraq bəyanat verib. Bolgexeber.com-a daxil olan məlumatda deyilir ki, Əvəz Zeynallının həbs edilməsini hakimiyyət orqanlarının ölkədə azad sözün, müstəqil mətbuatın məhv ediləsi istiqamətində atdığı növbəti addım kimi qiymətləndirirlər.

Onlar hesab edirlər ki, Əvəz Zeynallının həbsi siyasi repressiyadır və bütün bunların arxasında duüran məqsəd isə hakimiyyətin 2013-cü ildə keçiriləcək prezident seçkilərinə qədər müstəqil mətbuatı sıradan çıxarmaqdır. «ASMDİ olaraq mövcud rejimin mətbuata qarşı həyata keçirdiyi təzyiqlərdən ciddi narahat olduğumuzu bir daha bəyan edirik. Hakimiyyətin başqa düşüncələrə qarşı apardığı bu cür iyrənc metodlara son qoyulmasını, demokratiyanın əsas prinsiplərinin kobud şəkildə pozulduğunu azad sözə və müstəqil mətbuata qarşı təzyiqlərin dayandırılması tələb edilir».