BolgeXeber.Com » Media » FutbolPress.az-ın 2 yaşı tamam oldu

FutbolPress.az-ın 2 yaşı tamam oldu

1-11-2011, 13:55
Oxunub: 4 368 Portal bu qısa müddət ərzində ölkənin ən aparıcı idman saytına çevrilib

2008-ci ilin noyabrın 28-də fəaliyyətə başlayan "Futbol-Press" qəzeti çox yeniliklər eləmişdi; futbol profilli qəzetlərdə yazı dilinə fərqli yanaşma və s. 2009-cu ilin iyulunda fəaliyyətini dayandırmağa məcbur oldu. Həftəlik futbol qəzetləri arasında tirajın önünə çıxan vaxtında...

Heyəti saxlamaq çətinləşdi, "bu gün-sabah" prinsipiylə kollektiv saxlamaq fikrindən uzaq olduğumuz üçün potensiallı heyətin hərəsi bir yerə "dağıldı". İndi hər biri öz işinin sahibidi. Həmin ilin 1 noyabrında isə Futbolpress.az fəaliyyətə başladı.

Gündə açılıb... kölgədə bağlanan, 3-5 manata düzəldilən saytlardan yox, zamanında ən bahalı proqram təminatı və dizayn ilə ortaya çıxardıq "FutbolPress" brendini. Çalışıldı ki, görüntü varsa, mahiyyət də olsun.

İndi adəti üzrə, "ili çıxan" saytlar kimi, bu abzasda, "elə eləyəcəyik, belə edəcəyik" - tipli şeylər yazmalıydılar... Bu abzas onda yazılacaq ki, onlar həqiqətən düşüncələrində, planlarında olan sayt formatını ortaya qoya biləcəklər. Bunun üçün çalışırlar. Maddi tərəfi? Ona da çalışrlar...

Bu gün 2 ili başa vurdular. Ötən il, 1 ilin tamamında heç nə yazmamışdılar. Bu gün bunları yazdılar ama. Gələcək illərdə yazmağa sözləri olsun deyə, doğru, obyektiv və peşəkar olmalı olduqlarını qarşılarına məqsəd qoyublar...

Bu 2 ildə onlara dəstək olan, kömək edən, hər obyektə və subyektə təşəkkür edirlər! 2 yaşın mübarək, "FutbolPress"!

Bolgexeber.com-un kollektivi Futbolpress.az saytının rəhbəri Elçin Cəlilovu təbrik edir və ona həyatda bütün uğurlara imza atmasını arzulayır.