BolgeXeber.Com » Media » Azərbaycanda jurnalist həbs edilib

Azərbaycanda jurnalist həbs edilib

1-11-2011, 18:05
Oxunub: 3 805 “Unikal” qəzetinin müxbiri 1000 manat alarkən saxlanılıb

Azərbaycanda jurnalist həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən "Romi" hotelinin sahibi Mətləb Əhmədov Daxili İşlər Nazirliyinə müraciət edərək özünü "Unikal" qəzetinin müxbiri kimi təqdim edən Hüseyn adlı şəxsin ondan barəsində rüsvayedici məlumatlar dərc edəcəyi hədəsi ilə pul tələb etdiyini bildirib. Bununla əlaqədar 2011-ci il oktyabrın 31-də keçirilən əməliyyat tədbirləri nəticəsində o, "Romi" hotelinin sahibindən 1000 manat alarkən saxlanılıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, H. İsgəndərov "Unikal" qəzetinin müxbiridir. O, bir müddət əvvəl "Göyçə" və "Ağ" hotellərin sahibləri Şirzad Əliyevdən və Elçin Vəliyevdən də eyni üsulla müxtəlif məbləğlərdə pul tələb edib.
Hüseyn İsgəndərovun cinayətkar əlaqələri və digər qanunsuz əməllərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.