BolgeXeber.Com » İdman » Faiq Şadlı bu dəfə rep oxuyacaq

Faiq Şadlı bu dəfə rep oxuyacaq

2-11-2011, 05:50
Oxunub: 5 362 Aktyor “Bakı” klubunu bu şəkildə vəsf edəcək

Bu gün təməl qoyulub sabah bəhrə verəcək
Bütün Bakı şəhəri, “Bakı” - “Bakı” deyəcək
Dostlarımız sevinsin, “Bakı” -“Bakı” qol desin
Rəqibin nəfəsləri meydanlarda kəsilsin.

Bu yaxınlarda, “Bakı” Futbol klubu haqqında nəqarəti belə səslənən bir rep ərsəyə gəlir. Bu repin tam şer formatı qısa bir zamanda facebook sosial şəbəkəsində geniş olaraq xəbəri yayıldı.

Repin müəllifi son zamanlar “Bakı” klubuna fanatlıq edən, Azərbaycanda ən böyük futbol fanatı ləqəbi ilə tanınan aktyor Faiq Şadlıdır. Müəllifin facebookda öz profilində verdiyi açıqlamaya əsasən qısa bir zamanda repin studiyada səs yazması yekunlaşacaq və çox böyük bir təqdimat mərasimi olacaqdır. ..

Təqdimat mərasiminə isə bütün saytlar dəvətli olacaq.