BolgeXeber.Com » Dünya » Türkiyə qonşularla siyasətini dəyişir

Türkiyə qonşularla siyasətini dəyişir

2-11-2011, 05:50
Oxunub: 5 223 Suat Kınıkoğlu: «Sıfır problem» siyasəti artıq işə yaramır»

Türkiyənin xeyli vaxtdan bəri qonşuları ilə münasibətlərini düzəltmək üçün həyata keçirdiyi «Qonşularla «sıfır problem» siyasəti yaxın günlərdən etibarən gündəmdən çıxarılacaq. Bolgexeber.com bildirir ki, Ankara rəsmiləri bunun artıq iş yaramadığı qənaətinə gəliblər.

AKP-nin Xarici Əlaqələr üzər sədr müavini Suat Kınıkoğlu bildirib ki, bundan sonra «Sıfır problem» siyasəti həyata keçirilməyəcək. «Bizim bölgədəki fərqimiz bərabərlik, demokratiya, mütəşəkillik, etnik azlıqların haqlarını dəyərləndirməmizdir. Türkiyə olaraq doğru yoldayıq. Amma müşahidə etməyimiz vacib olan siyasətlər var ki, onlar işləri çətinləşdirir. Türkiyənin regionda lider olmaq kimi bir iddiası yoxdur. Sadəcə, ölkənin hamı ilə eyni səviyyədə yaşamaq istəyi var».