BolgeXeber.Com » Siyasət » Millət vəkili xalqı təbrik etdi.

Millət vəkili xalqı təbrik etdi.

4-11-2011, 13:55
Oxunub: 4 711
Əziz həmvətənlər!

Bütün müsəlman dünyasının müqəddəs bayramı olan Qurban bayramı Azərbaycanda da yüksək səviyyədə qeyd olunur. Qurban bayramı Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə ehtiva edən bayramlardandır. Bu bayram münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, hamınıza Tanrımızdan xeyir-bərəkət və xoşbəxlik arzulayıram.

Bu gün Azərbaycanda dini tolerantlıq ən yüksək səviyyədədir. Azərbaycan Prezidenti Cənab İham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət bu sahədə də ölkəmizə xeyli uğur qazandırmışdır. Elə bunun nəticəsidir ki, bütün dünya dövlətləri Azərbaycanın siyasi, iqtisadi-sosial sahələrdəki inkişafı ilə yanaşı dini tolerantlığı da ən yüksək səviyyədə qiymətləndirir.

Bir daha Sizləri- doğma Azərbaycan xalqımı müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, xalqımıza sülh və əminamanlıq, torpaqlarımızın düşmən tapdağından azad olunmasını arzu edirəm.

Dərin hörmətlə Fəzail Ağamalı

AVP sədri,millət vəkili