FHN araşdırmalara başladı
4-11-2011, 16:05
Oxunub: 5 334
İmişli rayonunun Kür daşqınlarından sonra yeni salınan Allahmədətli kəndindəki yarasız evlərlə bağlı Fövqəladə Hallar Nazirliyi araşdırmalara başlayıb.
Bu barədə Bolgexeber.com-a yerli sakinlər məlumat veriblər. Onlar bildiriblər ki, bir neçə gündür nazirliyin nümayəndələri yeni tikilmiş, lakin artıq uçub-dağılan evlərə baxış keçirir, müvafiq sənəd hazırlayırlar. Prosesin hazırda da davam etdiyini bildirən sakinlər qeyd ediblər ki, sözügedən qəsəbədə tikilən yeni evlər yarasız olduğundan, artıq onların əksəriyyəti boşdur və sahibləri evləri tərk ediblər.
Xatırladaq ki, sözügedən qəsəbə kür daşqınlarından sonra tikilib. Lakin sonra evlərin tavanı dağılıb, yağış damıb və pilləkənləri də yararsız hala düşüb. Bununla bağlı qəsəbədə monitorinq həyata keçirən Kür Vətəndaş Cəmiyyəti Qərargahı FHN-ə müraciət etmişdi. Bu müraciətdən sonra nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirmişdi ki, yeni qəsəbədəki problemlər barədə məlumat alıblar və əraziyə yoxlama göndərilib: “Ora yoxlama göndərmişik və gələn həftə həmin yoxlamaların nəticəsi olacaq”. Rəis müavini evlərdə üzə çıxan problemlərin tikintinin qısa müddətdə həyata keçirilməsi ilə bağlı ola biləcəyini güman edir: “- Vaxtın azlığından tikinti proseduralarına tam əməl oluna bilməyib. Ola bilər, bununla bağlı problemlər var. Elə bir problemlər varsa, bizim yoxlamalar gəlsin, onlara bir əlac qılacağıq”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə