BolgeXeber.Com » Dünya » İnternet istifadəçiləri həbs oluna bilər

İnternet istifadəçiləri həbs oluna bilər

6-11-2011, 10:15
Oxunub: 4 535 Çin hakimiyyəti İnternetdə senzuranı gücləndirib

Bolgexeber.com xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra şəbəkədə yerləşdirdiyi qeyri-dəqiq informasiyaya görə istənilən İnternet istifadəçisi həbsxanaya düşə bilər.

Belə ki, bu yaxınlarda Yunnan əyalətindən olan tələbə baş vermiş qətl haqda həqiqətə uyğun olmayan məlumatı şəbəkədə dərc etdiyi üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Şanxay sakini isə saxtalaşdırılmış vergi sənədlərini şəbəkədə yerləşdirdiyinə görə 15 gün müddətinə həbs edilib. Məlumata görə, polis yayılmış müxtəlif şayiələri məşhur veb-saytlar vasitəsilə yayan istifadəçilərin yerini də müəyyən etməyə çalışır.

Hazırda Çində yarım milyarddan artıq İnternet istifadəçisi vardır.