BolgeXeber.Com » Dünya » Suriyada 553 məhkum azad olundu

Suriyada 553 məhkum azad olundu

6-11-2011, 10:50
Oxunub: 5 142
Bəşər Əsəad Qurban Bayramında 553 məhkumu sərbəst buraxdı.

Bolgexeber.com xarici mətbuata istinadən xəbər verir ki, Suriya hökuməti Müsəlmanların Qurban Bayramında yeddi ay davam edən hadisələr əsnasında həbs olunan 553 məhkumu sərbəst buraxdı.

Sərbəst buraxılan məhkumların içərisində cinayət günahkarları yox idi, Bildirək ki, Suriyadakı hadisələr zamanı təxminən 15.000 adam nəzarətə alındığını söylədi.

Ərəb Birliyi ilə andlaşma çərçivəsində sərbəst buraxılacaq digər məhkumların nə vaxt azad olunacağı isə açıqlanmır.

Qurban Bayramı, Suriya üçün əhəmiyyətli bir milli bayramdır. Milli bayramlar əsnasında məhbusların sərbəst buraxılması, Suriyada məşhurdur.

Qeyd edək ki, Suriya Dövlət Başçısı Bəşər Əsədin 2000-ci il İyul ayında vəzifəyə gəlməsindən bu yana yüzlərlə siyasi məhbusun sərbəst buraxılma əmrini vermişdi.