BolgeXeber.Com » Dünya » Vanda yenidən zəlzələ: 2 bina uçdu

Vanda yenidən zəlzələ: 2 bina uçdu

8-11-2011, 11:35
Oxunub: 5 222 Türkiyənin Van vilayətinin Qaragündüz bölgəsində 18 dəqiqəlik fasilə ilə iki zəlzələ baş verib. Bolgexeber.com-un, “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların gücü Rixter cədvəli ilə 4,7 və 4,3 bal olub. Oktyabrın 23-də baş vermiş güclü zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən iki bina bugünkü yeraltı təkanlara dözməyib və uçub. İlkin məlumatlara görə, binalarda heç kimin olmaması yeni tələfatın qarşısını alıb. Binalar qəzalı vəziyyətə düşdükdən sonra hökumət sakinləri təxliyə edilib. Xatırladaq ki, oktyabrın 23-də Vanda baş vermiş 7,2 bal gücündə zəlzələ nəticəsində 604 nəfər ölüb. Bu günə qədər bölgədə 2600-ə yaxın yeraltı təkan qeydə alınıb.