BolgeXeber.Com » Sosial » Qurban bayramında heyvan və ət satışı ilə bağlı dövlət nəzarəti başa çatdırılıb

Qurban bayramında heyvan və ət satışı ilə bağlı dövlət nəzarəti başa çatdırılıb

8-11-2011, 12:35
Oxunub: 4 992 Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Qurban bayramı ilə əlaqədar respublikanın rayonlarında və Bakı şəhərində qurbanlıq heyvanların satışı ilə bağlı araşdırmaları başa çatdırıb. Bu haqda Bolgexeber-ə DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. Onun sözlərinə görə, Qurban bayramı ilə əlaqədar baytarlıq mütəxəssisləri paytaxtın girişində - Lökbatan, Xırdalan dairələri, Şamaxı və Dərnəgül yollarında Bakıya gətirilən heyvanlarla bağlı sənədləri araşdırıb. Həmçinin Bakıda qoyun və ət satılan 14 məntəqədə baytarlıq-sanitariya tələblərinə əməl olunması qaydaları yoxlanılıb: “Təəssüf ki, xəbərdarlıqlarımıza baxmayaraq, bəzi işbazlar yenə də yol kənarlarında heyvanların satışını təşkil etdilər. Az da olsa müəyyən olunmamış yerlərdə heyvan kəsimi həyata keçirilib. Bütün neqativ hallara qarşı tədbirlər həyata keçirilib”.
Qeyd edək ki, müəyyən edilmiş xüsusi yerlərdən kənarlarda heyvan və ət satışı ilə məşğul olan fiziki şəxslərin 25, hüquqi şəxslərin 100-125, vəzifəli şəxslərin isə 40-60 manat arasında cərimə olunması nəzərdə tutulub.