BolgeXeber.Com » İdman » Hollandiya mətbuatı futbolumuzdakı “şillə qalmaqalı”nı lağa qoydu

Hollandiya mətbuatı futbolumuzdakı “şillə qalmaqalı”nı lağa qoydu

8-11-2011, 13:15
Oxunub: 5 129 “Görünür, Azərbaycan futbolunda fərqli qaydalar var”
Futbol üzrə Unibank Premyer Liqasının XII turunda “Neftçi” və “Xəzər Lənkəran” komandaları arasındakı oyunun 5-ci dəqiqəsində baş vermiş epizod Avropa mətbuatında böyük əks-səda doğurub. Bolgexeber.com-un, məlumatına görə, Hollandiyanın idman nəşrləri meydan sahiblərinin yarımmüdafiəçisi Rəşad Abdullayevin qonaq müdafiəçi Şəhriyar Xəlilovun sifətinə endirdiyi şilləyə hakimlərin biganə münasibətini lağa qoyub. “Elf Voetbal” nəşri yazır: “Şillə açıq-aydın görünürdü. Abdullayev sol əli ilə rəqib futbolçunun sifətinə zərbə endirir. Amma görünür, Azərbaycan futbolunda fərqli qaydalar var. Hakim nəinki qırmızı vərəqə göstərdi, əksinə, “Neftçi”nin lehinə cərimə zərbəsi təyin etdi. Yəqin ki, Abdullayevin İntizam Komitəsi tərəfindən cəzalandırılma ehtimalı da sıfıra bərabərdir”. “Vk.nl” saytı da Rəşad Abdullayevin cəzasız qalmasını təəccüblə qarşılayıb. Bu nəşr də İntizam Komitəsinin “Neftçi”nin futbolçusunu cəzalandırmayacağı qənaətindədir. Lakin hər iki mətbu orqan da baş hakim Elnur Muradov kimi yanlışlığa yol verib. Onlar şillə zərbəsinə məruz qalanın Şəhriyar Xəlilov yox, Antonio Semedo olduğunu yazıblar. Qeyd edək ki, oyun “Neftçi”nin qələbəsi ilə yekunlaşıb – 5:0. “Xəzər Lənkəran” klubu insidentlə bağlı AFFA İntizam Komitəsinə şikayət edib.