BolgeXeber.Com » Dünya » Kiprdə təhsil alan tələbəmiz, qəzaya düşdü

Kiprdə təhsil alan tələbəmiz, qəzaya düşdü

8-11-2011, 13:30
Oxunub: 5 614 Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Qazimağusa şəhərində 17 yaşlı azərbaycanlı Firudin Seyidov qəzaya uğrayıb. Bolgexeber.com-un , “Kıprıs” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə soydaşımızın velosiped sürərkən bir avtomobilin önünə çıxması nəticəsində baş verib.
On sürdüyü velosipedi 39 yaşlı Murad Gülduran adlı şəxsin idarə etdiyi “Toyota” markalı avtomobillə vurub. Nəticədə F. Seyidov ağır yaralanıb.
Çoxsaylı yaralarla Qazimağusa Dövlət Xəstəxanasına aparılmış F. Seyidovun əsəb sarsıntısı keçirdiyi müəyyənləşib.