BolgeXeber.Com » Siyasət » Oqtay Əsədov mətbuatın hədəfində?!

Oqtay Əsədov mətbuatın hədəfində?!

22-09-2010, 03:10
Oxunub: 5 885

"Son" Monitorinq Qrupu araşdırma aparıb

"Son" Monitorinq Qrupu parlament seçkiləri ilə bağlı araşdırma aparıb. Qrupdan Qaynar.info-ya daxil olan xəbərə görə, "Son" apardığı araşdırmalardan sonra bəyan edib ki, yaxın iki üç gün ərzində dövrü mətbuatda qara piar kompaniyası daha da genişlənəcək. Verilən məlumatlarda bildirilir ki, qara-piar kompaniyasının əsas hədəfi YAP-ın namizədləri olacaq. Bundan başqa müxalifətdən olan bir neçə namizədində bir-biri ilə toqquşması gözlənilir.

"Son" Monitorinq mərkəzinin araşdırmasına görə qara-piar kampaniyası əsasən internet resusları vasitəsi ilə həyata keçiriləcək. Həmçinin bəzi müxalif mətbuatda bu prosesə qatılacaq. Çox maraqlıdır ki, qara piar kompaniyası zamanı yetərli qədər maliyyə vəsaitlərindən də istifadə olunacağı proqnozlaşdırılır. Qrupun araşdırmasına görə ilk olaraq hədəfə alınan şəxslərdən biri hazır ki, spiker Oqtay Əsədov olacaq. Qrup xatırladır ki, Oqtay Əsədovun spiker seçilməsini istəməyən güclər var və hazırda onlar aktivləşib