BolgeXeber.Com » BÖLGƏ TV » Ərlə-arvadın sevişmə videosu internetdə yayıldı – VİDEO-FOTO

Ərlə-arvadın sevişmə videosu internetdə yayıldı – VİDEO-FOTO

24-07-2014, 08:50
Oxunub: 36 781 Milli Mətbuatın yaranmasının 139-cu ildönümü münasibətilə “Park Cinema” media əhlini özünəməxsus şəkildə təbrik edib

“Metropark” Ticarət və Əyləncə Mərkəzində fəaliyyət göstərən “Park Cinema” kinoteatrında jurnalistlər və ictimaiyyət nümayəndələri üçün “Ev videosu: yalnız böyüklər üçün” filmi nümayiş olunub.Nümayişdən öncə “Park Bulvar” AVM-in piar-meneceri Günay Malikqızı çıxış edərək media nümayəndələrini Milli Mətbuat günü münasibətilə təbrik edib. Jurnalistlərin bu filmi bəyənəcəyinə ümid etdiyini bildirib.

“Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev isə bildirib ki, filmin ssenarisi məxsusi olaraq əvvəllər rejissor Ceyk Kezdanın dünya prokatında 200 milyon dollardan artıq gəlir gətirmiş “Çox pis müəllimə” filmində birgə rol almış Kameron Diaz və Ceyson Siqel üçün yazılıb:

“Filmin yaradıcılarının intuisiyası onları yanıltmadı. Bu aktyorların harmonik oyunu sayəsində olduqca gülməli bir film ərsəyə gəldi”.

“Filmin intim səhnələrlə bol olmasına baxmayaraq, əminliklə demək olar ki, hər bir səhnədə bütün ədəb qaydaları nəzərə alınıb, vurğu məhz yumora edilib, hər hansı bir şitlik və bayağılığa yol verilməyib. Ümid edirəm ki, “Ev videosu: yalnız böyüklər üçün” filmi Azərbaycan tamaşaçılarının çox xoşuna gələcək, onlar bolluca güləcəklər. Əminəm ki, qəhqəhə səsi kinozalı bürüyəcək”, - deyə N.Quliyev söyləyib.

2014-cü ildə ABŞ-da istehsal olunan bu ekran əsəri komediya janrındadır. Baş rollarda tanınmış aktyorlar Kameron Diaz və Ceyson Siqel oynayır.

Filmin süjeti günümüzlə tam uyğundur, desək, yanılmarıq. Belə ki, burada söhbət bir neçə ilin ər-arvadının seksual həyatda yaşadığı problemlərdən gedir. Yeni tanış olanda çox həyəcanlı hisslər yaşayan, zəngin intim həyatları olan Cey (Ceyson Siqel) və Enninin (Kameron Diaz) evlənəndən və iki uşaq sahibi olandan sonra münasibətləri dəyişməyə başlayır. İntim həyatlarını alovlandırmaq üçün onlar yataqdakı münasibətlərini videoya çəkmək qərarına gəlirlər. Səhər isə bu video təsadüfən internet şəbəkəsinin serverinə düşür və onu hər kəs öz planşetində izləyə bilir.

Filmdəki ən gülməli hadisələr də elə bundan sonra başlayır.

Rejissoru Ceyk Kezdan olan ekran əsərində Rob Lou, Elli Kemper, Cek Blek də çəkilib.