BolgeXeber.Com » Şou-Biznes » «Çakır»la rejissor dalaşdı

«Çakır»la rejissor dalaşdı

10-11-2011, 08:40
Oxunub: 4 699 Oqtay Qaynarca Sinan Çətinə sennarini dəyişdirmək istədiyinə görə əl qaldırıb

Türkiyənin tanınmış rejissorlarından biri olan Sinan Çətinlə yeni çəkləcək filmdə baş rol alan «Çakır» kimi tanıdığımız Oqtay Qaynarca arasında dava düşüb. Bolgexeber.com türk mətbuatına istinadən xəbər verir ki, davanın səbəbi «Asimlə Qasım» adlı filmin sennarisinin dəyişdirilməsi istəyi olub.

Məlumatda deyilir ki, Antaliyada aparılan çəkilişlərdə baş rol alan Qaynarca həmin filmdə homoseksual qardaşlardan birini canlandırmalıdır. Lakin Çətin sennaridə bəzi dəyişikliklərin edilməsini istəyib. Buna etiraz edən aktyorla aralarında mübahisə yaranıb və «Çakır» rejissora əl qaldırıb.

Vəziyyətin belə bir şəkil almasından sonra Sinan Çətin Antaliyanı tərk edərək, İstanbula gəlib. O filmin çəkilişlərini dayandırdıqlarını deyib. Oqtay Qaynarca isə jurnalistlərə deyib ki, filmi özü çəkəcək.