BolgeXeber.Com » Şou-Biznes » Ceksonun əşyaları satışa çıxarılır

Ceksonun əşyaları satışa çıxarılır

10-11-2011, 08:40
Oxunub: 5 398 Məşhur müğənninin sonuncu dəfə nəfəs verdiyi yatağı da hərraca çıxarılıb

Dünyanın ən məşhur pop ulduzlarından biri Maykl Ceksonun şəxsi əşyaları satışa çıxarılır. Bolgexeber.com-un məlumatına görə, həmin əşyalar Ceksonun son günlərini yaşadığı malikanəyə aiddir. Hətta həmin əşyalar arasında müğənninin son nəfəsini verdiyi yatağı, örtüklər də var.

Məlumatda bildirilir ki, hərrac 17 dekabrda keçiriləcək. Satılacaq əşyalar arasında həmçinin antik mebellər və rəsm əsərləri də mövcuddur. Bundan başqa, Ceksonun 3 uşağı ilə birlikdə 2008-ci ilin dekabrından 2009-cu ilin yayına qədər yaşadığı ev də satışa çıxarılıb. Məlum olub ki, həmin evin mətbəxində oğlunun tabaşirlə taxtanın üzərinə yazdığı qeydlər hələ də evdə qalır. Həmin qeyddə isə «Atacan səni çox sevirəm» sözləri yazılıb.