BolgeXeber.Com » Dünya » Suriya müxalifəti parçalanmağa başladı

Suriya müxalifəti parçalanmağa başladı

10-11-2011, 08:45
Oxunub: 5 519 Milli şuraçılarla Milli Koordinasiya Şurası arasında toqquşma başlayıb

Misirin paytaxtı Qahirədə misirli və suriyala aksiyaçılar Ərəb Birliyi Baş Katibliyi ilə görüşə gələn Suriya müxalifətinin bəzi liderlərinin binaya girməsinə icazə verməyib. Bolgexeber.com xəbər verir ki, aksiyaçılar Suriyadan gələn Suriya Milli Koordinasiya Şurasının 4 üzvünə yumurta ataraq, üzərlərinə hücuma keçib.

Məlumatda deyilir ki, aksiyaçılar suriyalı müxalifətçiləri satqın və Bəşər Əsədin agenti adlandırıblar. Polisin müdaxiləsindən sonra ara sakitləşib və aksiyaçıların da kimliyi üzə çıxıb. Məlum olub ki, həmin adamlar da Suriya müxalifətinin nümayəndələridir və onlar Suriya Milli Şurasının üzvləridirlər.

Ekspertlərin rəyinə görə, hadisələrin bu şəkildə gedişatı Suriya müxalifəti daxilində parçalanmanın artıq başladığından xəbər verir. Onların rəyinə görə, xeyli əvvəldən yaranmış Suriya Milli Şurası ilə yeni yaradılmış Suriya Milli Koordinasiya Şurası arasında münasibətlər bundan sonrakı dövrdə daha da gərginləşəcək.