BolgeXeber.Com » Sosial » Elçın Məmmədov həbs olunan A.Hüseynovun müdafiəsinə qalxmaq istəyindədir

Elçın Məmmədov həbs olunan A.Hüseynovun müdafiəsinə qalxmaq istəyindədir

25-09-2010, 12:20
Oxunub: 6 593

O belə halları normal saymır

Məlim olduğu kimi dünən Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş digər tədbir nəticəsində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin müdiri Hüseynov Azər Ələkbər oğlu rüşvət alarkən cinayət başında yaxalanıb.

Belə ki, Azərbaycan Respublikasının vətəndaşı (həmin şəxsin adı və soyadı özünün xahişi ilə açıqlanmır) Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin müdiri Azər Hüseynovun uzun müddət onun xəstə anasının adına olan və aylıq pensiya ödənişlərinin alınması üçün nəzərdə tutulan plastik kartı verməkdən imtina etdiyini, kartın yalnız 300 manat rüşvət müqabilində təqdim olunacağını bildirdiyini göstərmişdir.

Həyata keçirilmiş müvafiq əməliyyat-texniki tədbirlər və istintaq hərəkətləri nəticəsində Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin inzibati binasının xidməti otağında həmin ərizəçidən 200 manat pulu rüşvət alarkən Azər Hüseynov cinayət başında yaxalanmışdır. Keçirilən baxış nəticəsində Azər Hüseynovun üzərindən 3 min 420 manat nağd pul, ayrı-ayrı şəxslərin adına olan 6 ədəd plastik kart, habelə şöbənin mühasibatlığında 1436 ədəd plastik kart və həmin kartlara məxsus pin kodlar aşkar olunmuşdur. Bununla yanaşı, Azər Hüseynovun ərizəçinin anasının iki aylıq pensiya ödənişlərini mənisəməsi faktı da müəyyən edilmişdir.

Bu məsələdən hiddətlənən Ağsu Rayon Sosilal Mudafiə Fondunu Elçın Məmmədov Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq keçirdiyi əməliyyatı normal hal saymır. Əməkdaşımızla söhbət edən Elçın müəllum Azər Hüseynovun heç bir gühanının olmamasını bilidirdi. Və belə halların normal olmadığını qeyd etdi.

Hər halda Elçın müəllimin dediklərinə hörmətlə yanaşırıq. Amma bizim suallarimzdan yayınan adıçəkilən Fondun Rəhbəri Elçın müəllimin yuxarıda dediklərini anlayırıq.

Biz onu da anlayırıq ki: Onunda cibində Azər Huseynovun cibindəki kartlardan var. O, da həmkarı kimi ozünə gözəl şəraiti rüşvətlə kasıbların pulu ilə yaradıb.
Biz bunları bilirik. Sizndə bilməyiniz ücün qısa zamanda saytımızı izləyin və görün ki, Ağsu rayonunun Sosial Müdafiə Fondunun rəhbəri Elçın Məmmədov hansı tükürpədici əməlləri var. Əməkdaşımızın geniş reportajını qacırmayın.