BolgeXeber.Com » Şou-Biznes » Aygün Kazimova Namiqi təbrik etməyib

Aygün Kazimova Namiqi təbrik etməyib

13-11-2011, 13:55
Oxunub: 5 171 “Ən yaddaqalan hədiyyəni mənə sevgilim bağışladı”

Tanınmış meyxana ustası Namiq Qaraçuxurlu bu həftə ad gününü qeyd edib. Bolgexeber.com-un məlumatına görə, "ATV maqazin" verilişində Namiq aldığı ən dəyərli hədiyyədən danışıb:

"Ad günümü ailəm və dostlarımla qeyd elədim. 33 yaşım oldu. Ən yaddaqalan hədiyyəni mənə sevgilim bağışladı. Düzdür, bununla gündəmə gəlmək istəmirəm, amma hər şey tərsinə olur nədənsə". Namiq həmçinin müğənni Aygün Kazımovadan incidiyini də deyib. Səbəb isə Aygün xanımın onu təbrik etməməsi olub. "Bəs yanvarın 26-sı siz xalq artistimizi ad günü münasibətilə təbrik edəcəksinizmi?" sualına isə Namiq gülərək deyib: "Yadıma düşsə, təbrik edərəm!"