BolgeXeber.Com » Siyasət » "İran inadkarlığından, Əhmədinejat hakimiyyətdən əl çəkməlidir"

"İran inadkarlığından, Əhmədinejat hakimiyyətdən əl çəkməlidir"

14-11-2011, 15:40
Oxunub: 4 791
"Mahmud Əhmədinejat bu davranışı ilə bölgəni də fəlakətə sürükləyir"

“İran dünyaya meydan oxumaq siyasətindən əl çəkməlidir. Əks təqdirdə bu ölkənin işi çətin olacaq. ABŞ bu ölkəni əvvəl-axır zərərsizləşdirəcək. Ola bilsin ki, bu heç müharibə yolu ilə olmasın. Başqa yollar da var”.

Bu fikirləri AİDP sədri Tahir Abbaslı Bolgexeber.com-a açıqlmasında deyib. Onun fikrincə İranda dəyişiklik labüddür: “Amma mən bu dəyişikliyin qan-qada tökərək, müharibə yolu ilə olmasını tərcih etmirəm. Çünki müharibə, inqilab yolu ilə həyata keçirilən dəyişiklik həmin ölkənin xalqı üçün yaxşı olmur. Xalq əziyyət çəkir. Bu mənada mən İranda da bu yolla dəyişiklik arzulamıram. Üstəlik orada bizim 23 milyonluq soydaşımız var. Məncə İran hakimiyyəti bu inadkarlığından əl çəkməlidir. Hesab edirəm ki, İranın indiki hakimiyyəti təkcə inadkarlığından deyil, həm də hakimiyyətdən çəkilməlidir. Çünki bu hakimiyyət islahatlar vəd etsə belə onu reallaşdıra bilməyəcək”.
AİDP sədri hesab edir ki, Mahmud Əhmədinejat bu davranışı ilə bölgəni də fəlakətə sürükləyir: “Əgər İran vurulsa bölgədə ciddi fəsadlar əmələ gələcək. Orada yaşayan soydaşlarımızın da dururmu pisləşəcək. Bizim üçünsə humanitar fəlakət ola bilər. Əgər müharibə olsa yüzminlərlə insan cənubdan şimala axın edəcək və bu da bizim üçün ciddi problemlər deməkdir”.