BolgeXeber.Com » Media » KİV Fonduna ayrılan maliyyə vəsaiti artırıldı

KİV Fonduna ayrılan maliyyə vəsaiti artırıldı

16-11-2011, 09:25
Oxunub: 4 281 2012-cu il üçün “Dövlət büdcəsi haqqında” qanun layihəsində Kütləvi İnformasiya Vasitələrinin inkişafının dövlət tərəfindən dəstəklənməsi məqsədilə ayrılacaq maliyyə vasaitinin məbləğini dəqiqləşdirə bilib.

Məlum olub ki, gələn il KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna bu illə müqayisədə xeyli çox vəsait ayrılması nəzərdə tutulub.

Milli Məclisin Mədəniyyət komitəsindən saytımıza verilən məlumata görə, 2012-cu ilin büdcə zərfində Kütləvi İnformasiya Vasitələrinin inkişafını dəstəkləmək, onların maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin peşəkarlığının artırılmasına şərait yaratmaq məqsədilə Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 3 milyon 870 min 608 manat vəsait ayrılması nəzərdə tutulub.

Müqayisə üçün bildirək ki, 2011-ci ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən 2 milyon 400 min manat vəsait ayrılmışdı. Bu isə onu göstərir ki, 2012-ci ildə dövlət büdcəsindən KİV Fonduna builkindən təxminən 1,4 milyon manat artıq maliyyə vəsaiti veriləcək.

Xatırladaq ki, 2010-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən 2 milyon manat vəsait ayrılıb. 2009-cu ildə Fonda 1 milyon 300 min manat vəsait ayrılmışdı.