BolgeXeber.Com » Dünya » Türkiyəli general Rusiyaya qaçdı

Türkiyəli general Rusiyaya qaçdı

18-11-2011, 12:15
Oxunub: 5 016 Türkiyə ordusunun generalı Mustafa Bakıcının fərarilik edərək Rusiyaya qaçdığı məlum olub.

"Milliyyət" qəzetinin xəbərinə görə, generalı məşhur "İnternet bəyannaməsi" işinə görə cinayət məsuliyyəinə cəlb ediləcəyi gözlənilirdi. Onun adı bu işdə kilid isim kimi keçirdi.

Bəyannəmənin hazırlandığı iddia edilən dairənin başçısı olan Bakıcı Silahlı Qüvvələrin Baş Qərargah informasiya mərkəzindəki kompüterlərin yaddaşının 35 dəfə geridönməz şəkildə silinməsinin təlimatını verməklə günahlandırılır.

Bakıcı ayrıca bəzi saytların bağlanılması əmrini verməkdə də təqsirləndirilir. O, istintaqa verdiyi ifadələrində iddiaları rədd edərək silmə əməliyyatının təkrarlanan bir əməliyyat olduğunu söyləyib.

Generalın Şimali İraq üzərindən Rusiyaya getdiyi müəyyən olunub.

Bakıcı fərarilik etməzdən əvvəl həyat yoldaşına Türk Silahlı Qüvvətlərindən (TSK) təqaüdə buraxılmasını tələb edən bir ərizə verib. Qadın bu tələbi piyada qoşunları komandanlığına çatdırıb.