BolgeXeber.Com » Dünya » Millət vəkilinin evinə oğru girdi

Millət vəkilinin evinə oğru girdi

19-11-2011, 16:25
Oxunub: 5 146 CHP-nin keçmiş sədri Dəniz Baykalın evinə naməlum şəxslər girib.

Bolgexeber.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu hadisədən dərhal sonra Dəniz Baykal evinə təhlükəsizlik kamerası qurdurub.
Hadisənin dünən axşam baş verdiyi xəbər verilir. Axşam saatlarında evinə dönən millət vəkili birinci mərtəbədə iki nəfərin kölgəsini görüb və onların danışıqlarını eşidib. Millət vəkili dərhal polisə xəbər verib.
Oğrular hadisə yerindən qaça bilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, pəncərənin şüşəsi sınıb. Evə girən oğrular ortalığı qarışdırsalar da, özləri ilə bir şey apara bilməyiblər.