BolgeXeber.Com » İdman » İdmançımız qızıl medal qazandı

İdmançımız qızıl medal qazandı

19-11-2011, 16:35
Oxunub: 5 161 Yığmamıza ilk qızıl medal qazanıb

Yay Paralimpiya Oyunlarından öncə sonuncu lisenziya xarakterli turnirdə - Londonda keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycan idmançısı Bayram Mustafayev böyük uğur qazanıb.

Bolgexeber.com-un məlumatına görə, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin məlumatında deyilir.

Yarışın ilk günündə 66 kq çəki dərəcəsində iştirak edən Mustafayev finalda rusiyalı rəqibini asanlıqla məğlub edərək yığmamıza ilk qızıl medal qazandırıb.