BolgeXeber.Com » Dünya » Qəzzafinin oğlu həbs edildi

Qəzzafinin oğlu həbs edildi

19-11-2011, 16:40
Oxunub: 4 844 Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin oğlu Seyf əl-İslam Qəzzafi həbs edilib.

Bunu Liviya Milli Keçid Şurasının nümayəndələri bəyan ediblər. Liviyanın yeni hərbi komandanlığı paytaxt Tripolidə mətbuat konfransı keçirərək, Seyf əl-İslam Qəzzafinin ölkənin cənubundakı Ubari ərazisində ələ keçirildiyini açıqlayıb. Həbs olunduqdan sonra Seyf əl-İslamın Zintan şəhərinə aparıldığı bildirilir. Bəzi məlumatlara görə, keçmiş Liviya liderinin oğlu Nigerə qaçmağa çalışarkən 2 yaxın adamı ilə birlikdə ələ keçirilib.

Beynəlxalq Cinayət Məhkəməsi iyunda Müəmmər Qəzzafi, Seyf əl-İslam Qəzzafi və sabiq kəşfiyyat rəhbəri Abdulla əs-Sənussinin həbsinə order vermişdi.