BolgeXeber.Com » Media » KIV fondu yeni müsabiqə elan etdi

KIV fondu yeni müsabiqə elan etdi

19-11-2011, 16:55
Oxunub: 5 180 Noyabrın 18-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan verilən məlumata görə, iclasda bir məsələ - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə qurumun növbəti fərdi jurnalist yazıları müsabiqəsinin elanı müzakirə olunub.

Müşahidə Şurasının üzvləri müsabiqə ilə bağlı mövzuları müzakirə edib, fikir və mülahizələrini söyləyiblər. Müzakirələrin yekunu kimi Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 10 istiqamət üzrə 30 mövzu müəyyənləşdirilibr. Müsabiqənin 2011-ci il 19 noyabr tarixdən 20 dekabr 2011-ci il tarixədək keçirilməsi qərara alınıb.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentlikləri) fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Yazı Fond tərəfindən elan edilmiş mövzulardan birinə uyğun olmalıdır (dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzularla eyni olmalıdır).

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

4. Yazı Azərbaycan dilində dərc olunmalıdır (xarici dildə nəşr olunan mətbuat orqanlarında dərc edilmiş yazılar Azərbaycan dilinə tərcümə olunmuş şəkildə Fonda təqdim edilməlidir).

5. Yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Region mətbuatında çalışan jurnalistlər öz yazılarını işlədiyi region mətbuatında və qaydalarda nəzərdə tutulan digər mətbu orqanlarda dərc edə bilərlər.

Tələb olunan sənədlər:


1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti.

2. Şəxsi VÖEN və surəti.

3. Şəxsi bank rekvizitləri.

Müsabiqəyə təqdim olunmuş yazıların qiymətləndirmə meyarları:

- mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- ictimai maraqların müdafiəsi.

Hər istiqamət üzrə 2 qalib müəyyən edilir.

Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 30-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz.

Qaliblər Fondun xüsusi diplomu və 1000 (bir min) manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar.

Yazılar və sənədlər 2011-ci il noyabrın 19-dan dekabrın 20-dək rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Fonda şəxsən təqdim olunmalıdır. Nəticələr dekabrın 30 -dək elan ediləcək.



KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fərdi jurnalist yazılarının müsabiqəsinin elanını:

Təklif olunan mövzular



1. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

1) Mətbuat azadlığı və hüquqi dövlət quruculuğu

2) Fikir, söz və məlumat azadlığı demokratik idarəetmənin, şəffaflıq və hesabat¬¬lılığın mühüm şərtidir

3) Mətbuat azadlığı və jurnalistin məsuliyyəti



2. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın haqlı mövqeyinin müdafiə edilməsi

1) Beynəlxalq hüquq prinsipləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

2) Ermənistan separatçılığı, soyqırımı və terrorizmi dəstəkləyən işğalçı dövlətdir

3) Qaçqın və məcburi köçkün faktorunun beynəlxalq ictimaiyyətə çatdırılması



3. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

1) Regionların inkişafı iqtisadiyyatın davamlılığının və tarazlılığının mühüm şərtidir

2) Regionların inkişafında azad sahibkarlığın rolu

3) Abadlıq və quruculuğun yeni ünvanı (konkret bir rayonun nümunəsi)



4. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

1) Müasir Azərbaycan 20 ildə: tam müstəqil siyasət yeridən dövlət

2) Qloballaşma dövründə milli-mədəni dəyərlərin və adət-ənənələrin yad təsirlərdən qorunması zərurəti

3) 2011-ci il «Turizm ili»dir: Azərbaycanı tanıyaq, Azərbaycanı tanıdaq



5. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

1) Azərbaycan gənclər siyasətinin uğurları

2) İdman fiziki və mənəvi sağlamlığın əsasıdır

3) Bayrağımızı ucaldan idmançılarımız



6. İctimai və dövlət maraqlarının qorunması

1) İctimai təfəkkürdə milli maraq anlayışı

2) Dövlət maraqlarının müdafiəsi və vətəndaşlıq təəssübü

3) Milli həmrəylik formulu: müasir və qüdrətli Azərbaycan naminə


7. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi

1) Müstəqil Azərbaycanın xarici siyasəti: əsas hədəflər və nailiyyətlər

2) Azərbaycan qlobal enerji və kommunikasiya layihələrinin əsas təşəbbüskarı kimi

3) Beynəlxalq təşkilatlarda milli maraq və mənafeyini təmin edən dövlət


8. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

1) azərbaycançılıq ideologiyası milli həmrəyliyin təməl prinsipi kimi

2) Azərbaycanlıları birləşdirən dəyərlər: Fəxr edirəm ki, azərbaycanlıyam!

3) Diaspor və lobbiçilik: dünyada səsim var mənim


9. Hüquqi dövlət və vətəndaş cəmiyyəti, quruculuğu

1) İnsan hüquqlarının təminatı Azərbaycan dövlətinin ali məqsədidir

2) Vətəndaş cəmiyyəti quruculuğu prosesində medianın rolu

3) İnsan hüquqlarının təmin olunmasına xidmət edən demokratik məhkəmə-hüquq islahatları



10. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

1) Möhkəm ailə sağlam cəmiyyətin təməlidir

2) Ailə dəyərləri və media

3) Məişət zorakılığı sosial problem kimi.