BolgeXeber.Com » Media » Rafiq Tağı bıçaqlandı

Rafiq Tağı bıçaqlandı

19-11-2011, 23:00
Oxunub: 4 040 Yazıçını boynundan və kürəyindən bıçaqlayıblar

Bir az əvvəl Rafiq Tağı işdən çıxarkən bıçaqlanıb. Bu barədə Kulis.az-a “Alatoran” jurnalının baş redaktoru Rasim Qaraca məlumat verib. Naməlum adamlar ona dayanacaqda hücum edərək boynundan və kürəyindən bir neçə bıçaq zərbəsi endirirək qaçıblar.

Rafiq Tağı isə çox halsız olduğu üçün hadisə barədə geniş məlumat verə bilməyərək faktı təsdiq edib və hal-hazırda Təcili Yardım maşınında olduğunu bildirib. Yaxın saatlarda əlavə məlumatlar veriləcək.