BolgeXeber.Com » Siyasət » Türkiyəli bir qrup millət vəkili Azərbaycanda səfərdədir

Türkiyəli bir qrup millət vəkili Azərbaycanda səfərdədir

21-11-2011, 03:00
Oxunub: 4 718
Səfərin məqsədi ölkələr arasında əlaqələrin inkişafı və digər məsələlərlə bağlı fikir mübadiləsi aparmaqdır

Türkiyə böyük millət məclisi (TBMM) Xarici əlaqələr komitəsinin sədri, millət vəkili Volkan Bozkır Azərbaycanda rəsmi səfərdədir. Heydər Əliyev adına Beynəlxalq hava limanında Bozkır və bərabərindəki heyəti Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və səfirlik əməkdaşları, həmçinin Azərbaycan rəsmiləri qarşılayıb.

Səfərin məqsədi iki dost və qardaş ölkənin parlamentləri arasında əlaqələrin inkişafı, beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparmaqdır.

Səfər çərçivəsində qonaqlar Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin Fəxri Xiyabanda olan məzarını, həmçinin Şəhidlər xiyabanında olan Azərbaycanlı və Türk şəhidlərin qəbirlərini ziyarət edəcək.

Heyətin daha sonra Azərbaycan Milli Məclisini ziyarət edəcəyi bildirilir. Məlumata görə Məclisin spikeri Oqtay Əsədov Türkiyədən gələn rəsmi heyəti qəbul edəcək.

Heyətin səfəri noyabrın 22-nə qədər davam edəcək.