BolgeXeber.Com » Siyasət » AVP rayon təşkilatlarda konfrans keçirəcək

AVP rayon təşkilatlarda konfrans keçirəcək

22-11-2011, 13:30
Oxunub: 4 612 Dekabr ayında Ana Vətən Partiyasının Sumqayıt, Quba, Şəki, Ağdam, Kürdəmir və Şabran rayon təşkilatlarının növbəti konfransları keçiriləcək. Bu barədə bolgexeber.com-a AVP Mətbuat Xidmətində daxil olub.

Konfranslarda partiya nizamnaməsinə uyğun olaraq rayon təşkilatlarının hesabat dövründəki fəaliyyətləri müzakirə olunacaq, növbəti iki il üçün qarşıda duran vəzifələr müəyyənləşdiriləcək, həmçinin təşkilati məsələlərə baxılacaq.
Konfransların işində AVP Mərkəzi Aparatının əməkdaşları iştirak edəcəklər.