BolgeXeber.Com » İdman » Azərbaycan "Qarabağ"ın 1 xalı ilə 1 pillə irəlilədi

Azərbaycan "Qarabağ"ın 1 xalı ilə 1 pillə irəlilədi

19-09-2014, 09:55
Oxunub: 3 857 UEFA-nın əmsallar cədvəli açıqlanıb. Avrokubokların qrup mərhələsinin ilk turundan sonra siyahıda dəyişikliklər baş verib

Çempionlar Liqası və Avropa Liqasının əsas mərhələsinin startı Azərbaycan üçün də uğurlu olub. Belə ki, ölkəmiz mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ”la daha bir addım irəliləyib.

Buna Ağdam təmsilçisinin Fransa “Sent-Etyen”i ilə ev oyunundakı qolsuz heç-heçə səbəb olub. Bərabərliyin gətirdiyi 0,250 xal sayəsində son 5 mövsümə əsasən yığılan əmsalımızı cəmi rekord həddə - 11,500 çatıb.

Bu artım 29-cu pilləyə yüksəlməyə imkan verib. Bu oyunadək Azərbaycan Slovakiya ilə eyni xala (11,250) malik olsa da, əlavə göstəricilərdə onlardan geri qalırdı. Slovakiyanın yeganə təmsilçisi “Slovan”ın İsveçrədə “Yanq Boyz” önündə darmadağın olması (0:5) da irəliləməyimizə kömək edib.

İndi 28-ci olan Sloveniyanı keçmək real görünmədiyindən əsas məqsəd mövqeyimizi qorumaqdır. Çünki Sloveniya bizdən 1,625 xal öndədir. Bunun üçün isə ən azı 3 qələbə və 1 heç-heçə lazımdır. Əslində bu da kifayət deyil. Çünki balkanlılar da xal ehtiyatını artırmaqda davam edəcək.

Qeyd edək ki, cari mövsüm əldə olunan xal sayımız isə 2,625-dir. Azərbaycan üçün “Qarabağ” 1,250, “İnter” 0,750, “Neftçi” 0,625 xal gətirib (apasport.az).