Ölkə rəhbərliyindən Rafiq Tağının bıçaqlanmasına - reaksiya
22-11-2011, 18:15
Oxunub: 5 240
Ölkə rəhbərliyi Rafiq Tağının bıçaqlanması faktına reaksiya verib.
Bu barədə Bolgexeber.com-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Məlumata görə, prezident İlham Əliyev ölkə boyu geniş rezonansa səbəb olan bu hadisə haqqında baş prokurora tapşırıqlar verib.
Dövlət başçısı bu işin istintaqına nəzarətin baş prokuror Zakir Qaralovun nəzarətində olmasını istəyib və lazımı araşdırmalar aparılmasının məqsədəmüvafiq sayıb.
Qeyd edək ki, dünən Rafiq Tağının bıçaqlanması faktı üzrə başlanmış cinayət işinin Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun rəhbərliyinin xüsusi nəzarətə götürməsi haqda rəsmi xəbər yayılıb.
Respublika Baş Prokurorluğunun yaydığı məlumatda bildirilirdi ki, noyabrın 19-u saat 22 radələrində Rafiq Tağıyev kəsilmiş-deşilmiş xəsarətlərlə Klinik Tibb Mərkəzinə daxil olub.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə polis və prokurorluq orqanlarının təcrübəli əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb.
Müəyyən edilib qeyd edilən tarixdə Rafiq Tağıyev işdən evə gedərkən yaşadığı evin yaxınlığında naməlum şəxs ona bıçaqla çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıb.
İstintaqın davam etdirilməsi üçün cinayət işi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilib. İşin istintaqı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.
Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə