İctimai Palata yazıçıçnın qatillərinin tapılmasını tələb edir
23-11-2011, 23:15
Oxunub: 4 627
İctimai Palata noyabrın 19-da bıçaqlanmış, bu gün saat 15.30-da vəfat etmiş tanınmış yazıçı-publisist Rafiq Tağının məruz qaldığı sui-qəsdlə bağlı bəyanat qəbul edib.
Bəyanatda deylir: “Hadisə barədə müxtəlif versiyalar səsləndirilir və bunların heç biri istisna edilməməlidir. Lakin istənilən halda hadisənin əsas məsuliyyəti hakimiyyətin və hüquq-mühafizə orqanlarının üzərinə düşür. Uzun illərdir ki, guya ölkədə sabitlik yaratdıqlarını, kriminogen durumu nəzarətdə saxladıqlarını müxtəlif səviyyələrdə bəyan edən hakimiyyət yetkililəri əslində ölkədə gündən-günə çoxalan hay-küylü və sifarişli cinayət hadisələri haqda danışmamağı üstün tuturlar. Üstəlik, bu cinayət işlərinin mütləq əksəriyyəti açılmamış qalır ki, bu da cəmiyyətdə xeyli şübhələrin yaranmasına səbəb olur”.
İctimai Palata bildirir ki, Rafiq Tağı hədəf olaraq seçilməsi çox böyük ehtimalla onun yazıları, düşüncəsi və mövqeyi ilə bağlıdır: “Hələ bir neçə il əvvəl onu bir qəzet məqaləsinə görə həbs edərək xeyli vaxt həbsxanada saxladılar. Bütün bunlar güman etməyə əsas verir ki, yazıçı-publisistin həyatına sui-qəsd cəhdi, ən azı ölkədə hakim siyasətdən narazı olan insanların mühüm bir qrupuna qarşı təqib və repressiyaların yeni dalğasının başlanması üçün istifadə edilə bilər. Ona görə də bu hadisə əslində siyasi xarakter daşıyır və cəmiyyət üçün ciddi həyəcan siqnalıdır. İctimai Palata insanları dünyagörüşlərinə və fikirlərinə görə təqib etməyi, qorxutmağı yolverilməz hesab edir və bunu qətiyyətlə pisləyir. İctimai Palata habelə hakimiyyətdən qəti şəkildə tələb edir ki, bu sui-qəsd cəhdinin iştirakçıları və təşkilatçıları tezliklə tapılmalı və öz layiqli cəzalarını almalıdırlar”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər