BolgeXeber.Com » Siyasət » Zeynəb Xanlarova yenə deputatlığa namizədliyini irəli sürdü

Zeynəb Xanlarova yenə deputatlığa namizədliyini irəli sürdü

29-09-2010, 03:40
Oxunub: 6 241

Xalq artisti artıq 50 saylı DSK-dan imza vərəqələrini götürüb

Xalq artisti Zeynəb Xanlarova yenidən deputatlığa namizədliyini irəli sürüb. “Bolgexeber.com” Seçkilər İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, o bu gün 50 saylı Qobustan – Xızı - Sumqayıt seçki dairəsinin Dairə Seçki Komissiyasından imza vərəqələri götürüb. Zeynəb Xanlarova seçkilərə bitərəf kimi qatılıb və namizədliyi özü tərəfindən irəli sürülüb.

Xatırladaq ki, Z.Xanlarova on birinci və on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı, birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası 50 saylı seçki dairəsindən namizəd irəli sürməyib.