BolgeXeber.Com » Müsahibə-Reportaj » Dekabr ayında əfv olacaqmı?

Dekabr ayında əfv olacaqmı?

24-11-2011, 16:40
Oxunub: 5 876 Dekabr ayında hər kəsin hakimiyyətdən əfv gözləntisi olur

Dünya azərbaycanlılarının həmrəylik günü və miladi təqvimi ilə yeni ilin başlanması münasibəti ilə prezident tərəfindən əfv fərmanı imzalanır. Bu il əfv fərmanının olub-olmayacağını dəqiqləşdirmək üçün Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, şair Zəlimxan Yaqubla əlaqə saxladıq. Zəlimxan müəllim deyir ki, hələlik əfv fərmanının olub-olmayacağı ilə bağlı bir söz deməyə çətinlik çəkir. O qeyd edib ki, əfvin olub-olmayacağı ilə bağlı onda hər hansı bir məlumat yoxdur.