BolgeXeber.Com » Müsahibə-Reportaj » Nəqliyyatın hərəkəti iflic oldu

Nəqliyyatın hərəkəti iflic oldu

24-11-2011, 17:25
Oxunub: 4 683 Havaların kəskin soyuması və müşahidə olunan qarlı hava şəraiti Yasamal rayon istiqamətində nəqliyyatın hərəkətini iflic edib.

Bolgexeber.com-un verdiyi məlumata görə, yeni dairəvi yolun buz bağlaması səbəbindən avtomobillərin hərəkəti məhdudlaşıb və bütün istiqamətlərdə yollar bağlanıb.
Yolların sürüşkən olması və yaranmış tıxaclar avtomobil qəzalarının sayını da artırıb. Belə ki, hər 15-20 addımdan bir hərəkət istiqamətindən çıxaraq dirəyə çırpılan avtomobillərə rast gəlmək mümkündür. Artıq saatlarla tıxacda qalan şəhər sakinləri maşınları tərk edərək piyada getmək məcburiyyətində qalırlar.
Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin binasının da həmin istiqamətdə yerləşməsinə baxmayaraq, indiyə qədər yaranmış problemin həlli ilə bağlı heç bir tədbir görülməyib.