BolgeXeber.Com » Dünya » Ərdoğan "ilin adamı" ola bilər

Ərdoğan "ilin adamı" ola bilər

30-11-2011, 11:30
Oxunub: 4 444 Türkiyənin baş naziri futbolçu Messini arxada qoyub

Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan "Taym" jurnalının "İlin adamı" anketində 1-ci sıraya çıxıb. Ərdoğan 31 namizədin iştirak etdiyi "Ən məşhurlar" siyahısında 61 min səs qazanaraq argentinalı futbolçu Messini geridə buraxıb.

"Ən az məşhur" siyahısında da 1-ci sırada olan Ərdoğana 28 min 137 səs verilib.

Qeyd edək ki, bu il Ərdoğan Misirdə çıxış edərkən dünyəvi dövlət quruluşunun alternativi olmadığı bəyan etməklə, Suriya rejiminə qarşı prinsipial mövqe tutmaqla, parlament seçkisində 3-cü dəfə qələbə qazanmaqla Qərbdə böyük populyarlıq qazanıb.