BolgeXeber.Com » Şou-Biznes » Xəyal Rza modeli "yıxıb sürüdü"

Xəyal Rza modeli "yıxıb sürüdü"

30-11-2011, 14:50
Oxunub: 9 995 Mükafatlandırma mərasimi üçün Türkiyədən Azərbaycana gələn qonaqları bir-bir yola salan mən olmuşam.

Nə vaxt Günay Musayevanı görüb narazılıq ediblər ki? Günay məgər Azərbaycanın səlahiyyətli nümayəndəsidir?” Bunu Bolgexeber.com-a açıqlamasında noyabrın 23-də “Buta Palace”-da keçirilən “The first-2011” mükafatlandırma mərasiminin təşkilatçısı olan “Xəyal production”ın rəhbəri Xəyal Rza deyib. O, türkiyəli sənətçilərin tədbirdən narazı qalmaları ilə bağlı model Günay Musayevanın açıqlamasına münasibət bildirib.

Xəyal Rza deyilənlərin həqiqətə uyğun olmadığını vurğulayıb. Onun sözlərinə görə, qonaqların hava limanında qarşılanması üçün bir neçə maşın və mikro avtobus ayrılmışdı: “”Qonaqları qarşılamağa maşın göndərməyiblər” sözündən şoka düşdüm. Biz hamımız orda olmuşuq. Beyazla Soner Sarıkabadayı şəxsən mənim maşınımda gəliblər. Günaya elə gəlib ki, menecerləri də müğənnilərin yanında olmalıdır. Hərəsinin üç meneceri var. Hamısı bir maşına yerləşə bilməz ki. Mühafizəçilərin olmaması məsələsi də doğru deyil. Orda “Buta Palace”ın özünün də, bizim də tutduğumuz mühafizəçilər olub”.
Təşkilatçı tədbirdə aktrisa Serenay Sarıkayanın gödəkçəsinin oğurlanmadığını deyib: “O tədbirdə heç kimin gödəkçəsi oğurlanmayıb. Oğurlanmış olsa belə, Azərbaycanın adı batmasın deyə, o gödəkçəni alıb göndərə də, üzrxahlıq edə bilərdik. Amma oğurlanmayıb axı. Qrim otağında bizim tanınmışlardan birinin prodüseri o gödəkçəni özlərininki hesab edərək səhvən götürüb. Sonradan onlar da gödəkçəçənin səhv düşdüyünü görəndə gətirib verdi. Biz o gödəkçəni Türkiyəyə göndərdik. Günay deyir ki, Xəyal Rza əlində viski ilə gəzirdi. Yaxşı edirdim. Mən Günaydan icazə almalı deyildim ki buna görə. Deyir guya Beyaz narazılığını bildirib. Beyaz öz proqramında bu tədbir haqda danışanda o gərək utana. Günay özünü bu formada reklam etmək istəyir. Nə danışdığını heç bilmir”.

X. Rza pasport xidmətində Soner Sarıkabadayıdan 40 türk lirəsi aldıqlarına inanmadığını söyləyib: “Elə şey ola bilməz. Niyə məhz Soner Sarıkabadayıdan alıblar, başqalarından yox? Hamısı bir yerdə gəliblər. Alırlar hamısından alaydılar, almırlar heç birindən. Lap kimsə rüşvət alıbsa da, mən onun yanında gəlmirdim ki, o pulu onun əvəzinə mən verəydim. İndi də Günay onu ağzında saqqız edib ki, mən qonaqları biznes-klassda yox, ekonom-klassda gətirmişəm və heç birinə qonorar verməmişəm. Tədbirin onlar üçün əhəmiyyəti elə bunda görünür ki, onlar mükafatı almaq üçün ekonom-klassda gəliblər və heç birinə qonorar ödəməmişəm. Onlara bir manat da ödənməyib, sadəcə mükafat almağa gəlmişdilər”.

Şirkət rəhbəri onu da qeyd edib ki, Günay Musayevanın adi kababxana adlandırdığı yer şəhərin elit məkanlardan olan “Pəncərə” restoranıdır: “Tədbirdən sonra Türkiyə səfiri, Qənirə Paşayeva və qonaqlar ora yeməyə getdik. Ən maraqlısı da odur ki, oranı çox bəyəndilər. Həm məkanın gözəlliyi, həm yeməklərin dadı xoşlarına gəlmişdi. Hamı qədəh qaldırdı, mən də qonaqların sağlığına qədəh qaldırdım. Yaxşı da etmişəm. Bunun Günaya nə dəxli var axı, bu nə açıqlamadır verib?! Günay özünü reklam edir sadəcə. Onun yeganə narazı qaldığı tərəf o idi ki, mən onu səhnəyə gec çağırdım. Əslində o, heç ona layiq deyildi. Mən səhv etdim ki, onu ümumiyyətlə səhnəyə çağırdım. Azərbaycanda bir şirkət göstərin ki, mükafatlandırma mərasiminə bu qədər məşhur insanları bir gündə gətirə bilsin. Biz onu bacardıq. Günay Musayevadan başqa bizim tədbirdən narazı qalan heç kim olmayıb. Türk sənətçilərinin də sosial şəbəkələrdəki səhifələrinə baxsanız, hamısı bu tədbirdən məmnunluqla danışır”.
Xatırladaq ki, noyabrın 23-də “Xəyal Production”un təşkilatçılığı ilə “Buta Palace”da “The first-2011” mükafatlandırma mərasimi keçirilib. Mərasimə Türkiyənin tanınmış simaları - şoumen Bəyazid Öztürk (Bəyaz), “Öyle bir geçer zaman ki...” serialında “Ali Kaptan” rolunun ifaçısı aktyor Ərkan Pətəkkaya, modelyer Uğurkan Erez, bəstəkar-müğənni Sonər Sarıkabadayı, “Adanalı” serialında Sofiya, “Lale devri” serialında isə Yeşim rolunun ifaçısı, tanınmış aktrisa Serenay Sarıkaya, Azərbaycan əsilli müğənni Nursaç Doğanişık, Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva, “Media TV” və “Kanal D”-nin əməkdaşları da qatılıb.