BolgeXeber.Com » Dünya » Norveç İrandakı səfirliyini bağladı

Norveç İrandakı səfirliyini bağladı

30-11-2011, 17:10
Oxunub: 4 378 Norveç Krallığı Böyük Britaniyanın İrandakı səfirliyinin tutulmasına etiraz olaraq Tehrandakı səfirliyinin fəaliyyətini dayandırıb.

“Media forum” saytının məlumatına görə, Norveç Xarici İşlər Nazirliyinin sözçüsü jurnalistlərə açıqlamasında deyib ki, ölkənin İrandakı səfirliyinin bağlanması Böyük Britaniyanın Tehrandakı səfirliyinin tutulması ilə əlaqədardır: “Böyük Britaniyanın səfirliyinə hücumdan bir neçə saat sonra Norveç hökuməti özünün Tehrandakı səfirliyinin fəaliyyətini dayandırıb. Səfirliyimizin işçilərini İrandan çıxarmaq məsələsini araşdırır, vəziyyəti daim nəzarət altında saxlayaraq dəyərləndiririk”.