BolgeXeber.Com » Müsahibə-Reportaj » “Sabunçu Elmi Istehsalat Birliyi”ndə korrupsiya izi...

“Sabunçu Elmi Istehsalat Birliyi”ndə korrupsiya izi...

29-09-2010, 05:20
Oxunub: 8 057

Birliyin rəhbəri Oruc Məmmədovun dövlət əmlakını taladığı söylənilir

Redaksiyamıza daxil olan şikayətdə “Sabuncu Elmi İstehsalat Birliyi” ASC-nin rəhbəri Oruc Məmmədovla bağlı bir sıra iddialar səsləndirilir. Belə ki, 1983-cü ildən bəri adı çəkilən qurumun rəhbəri olan Oruc Məmmədovun korrupsiyaya qurşandığı iddia edilir.

Məlumatda deyilir ki, həm də keçmiş millət vəkili olan Oruc Məmmədov 2005-ci ilin sonlarında “Rossiyskiy Traktor” Tam Ortaqlı şirkətin rəhbəri Akif Əsgərovla Azərbaycana KrAz markalı maşınlar gətirmək üçün ortaqlıq müqaviləsi bağlayıb. Arif Əsgərovun şirkəti isə Ukraynanın Kremençuq şəhərində fəaliyyət göstərən “Avtokraz” firması ilə kontakt yaradıb və adı çəkilən markalı maşınların Azərbaycana gətirilməsi üçün müqavilə bağlayıb. Ukraynadan gətirilən maşınlar 2005-ci ildə Oruc Məmmədova təhvil verilib.

Məlumatı verən şəxsin sözlərinə görə, ölkəyə kənardan gətirilən bu maşınların heç biri “rastomojka” olunmur, hətta maşınların üzərinə əlavə olaraq, qanunsuz şəkildə UPB 60/80 qazma qurğusu da quraşdırılır. Həmin qurğunun yalnız “Azinmaş” Elmi İstehsalat İnstitutu və "Bakı Fəhləsi" zavodunun quraşdıra biləcəyini söyləyən iddiaçının sözlərinə görə, bundan əlavə, adı çəkilən qurğunu maşınlara quraşdırmaq üçün Dövlət Standartlaşdırma Komitəsi tərəfindən sertifikat verilməlidir. Bu barədə bizi bilgiləndirən şəxs deyir ki, bütün bunlara baxmayaraq, Oruc Məmmədov həmin qurğunu saxta yollarla sənədləşdirib və bunun üçün “AzinMaş”ın işçilərindən birinə külli miqdarda rüşvət verib.

Oruc Məmmədovun təkcə qurğunun maya dəyəri ilə oynamaqla 250 min dollara yaxın irəli düşyüdüyünü deyən adam bildirir ki, sənədləşdirmə zamanı qurğunun qiyməti 145 min dollar göstərilsə də, ACS sədri dövlət hesabından 384 min dollar pul çıxarıb.

Oruc Məmmədovun dəfələrlə bu cür qanunsuzluqlara qol qoyduğunu söyləyən iddiaçının sözlərinə görə, ACS sədri tuttuğu vəzifənin ömürlük olduğu xəyalına dalaraq, ağlına gələni edir.

Yazıda adı çəkilən şəxslərin mövqeyini də işıqlandırmağa hazırıq.