BolgeXeber.Com » Müsahibə-Reportaj » Millət vəkili və hüquq müdafiəçisi əfv fərmanından danışdı

Millət vəkili və hüquq müdafiəçisi əfv fərmanından danışdı

1-12-2011, 14:05
Oxunub: 5 328 Ombudsman Elmira Suleymanova yeni əfv fərmanının imzalanması üçün ölkə başçısına müraciət edib.

Aidiyyəti komissiyadan bu haqda hələ ki, hər hansı münasibət bildirilməyib. Bəzi gözləntilərə görə, ölkədəki bir sıra vicdan məhbuslarının da adları budəfəki əfv sihasına düşə bilər. Bu haqda açıqlamalarında MM-in üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib. Onun sözlərinə görə, Hüquq Müdafiəçilərinin Monitoriq Qrupu”nun komissiyaya ünvanladığı son siyahıda belə şəxslərin adları keçir. “Əfv fərmanının imzalanması cənab prezidentin kosntitusion hüququdur. Amma bununla bağlı ombusdmanın müraciəti də müsbət dəyərləndirilir. Biz də hüquq müdaifəçiləri olaraq əfv komissiyası ilə müvafiq işlər aparırıq, müraciətlərimizi yollamışıq. Bu müraciətimizdə də monitorinq qrupunun kimlərin bu fərmana düşməsi istəyimizi siyahı ilə bildirmişik və onların da əfv olunmasını xahiş etmişik. Belə hesab edirəm ki, əgər əfv fərmanının verilməsi reallaşsa, bizim əfv komissiyası ilə əlaqələrimiz daha da intensivləşəcək. Vicdan məhbusları kimi tanınan insanların da, bizim siyahıda olan insanların da azadlığa buraxılması xahişilə müraciət etmişik və bunu nəzarətdə saxlayırıq. Ölkə başçısı həmişə əfv fərmanı verərkən müəyyən adamların bu siyahıya düşməsində hüquq müdafiəçlərinin də müraciətini əsas götürür. Bu baxımdan bu dəfə də ümid edirik ki, cənab prezident əfv fərmanı imzalayacaqsa, hüquq müdafiəçilərinin də əfv komissiyasına ünvanladığı müraciətdə olan şəxslərin adlarının da bu siyahıya salınmasında müsbət nəticənin şahidi olacağıq”, – deyə Ç.Qənizadə bildirib.