BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda piyadaları belə vururlar... - VİDEO

Bakıda piyadaları belə vururlar... - VİDEO

23-10-2014, 11:50
Oxunub: 8 954 Bakı şəhərində piyadavurmalarla bağlı videolar yayılıb. Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu hadisələrin yarısı piyadanı vurub hadisə yerindən qaçanlara, yarısı isə vurduğu piyadaya kömək edənlərə aiddir.

Avtosfer.az saytı həmin kadrlar əsasında hadisə yerindən qaçan və vurduğu piyadaya köməklik göstərən sürücülərin hüquqi məsuliyyətini izah edir.

Bəri başdan deyək ki, hadisələrin bəzilərində piyadaların da günahı var. Piyadavurmalar bir çox hallarda elə piyadaların günahı ucbatından baş verir.

Yeri gəlmişkən, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin açıqladığı statistik məlumatlarda qeyd olunur ki, paytaxt ərazisində ölümlə nəticələnmiş yol qəzalarının əksəriyyətini - 38 faizini məhz piyadavurmalar təşkil edir.

Bu kadrları izlədikdə isə piyadavurmaların səbəbi aydın olacaq…

Odur ki, əziz sürücülər, yollarda son dərəcə diqqətli olmaq lazımdır, həm özünüzü, həm də ətrafdakıları qoruyun. Ən əsası da, sürət həddini aşmayın!