BolgeXeber.Com » Şou-Biznes » “Can-cana” mahnısına görə pullarını kəsdilər

“Can-cana” mahnısına görə pullarını kəsdilər

1-12-2011, 15:15
Oxunub: 5 835 Məşhur "Can-cana" mahnısı üzündən populyar müğənnilər Röya, Rəhim Rəhimli və Zamiqin qonorarını kəsiblər.

Anspress-in məlumatına görə, əhvalat müğənnilərimizin Ukraynadakı qastrol səfərində baş verib. Belə ki, konsertlərin birində orada yaşayan azərbaycanlı iş adamları sənətçilərimizdən "Can-cana" mahnısını ifa etmələrini istəyiblər. Nə Röya, nə Rəhim, nə də ki Zamiq bu sifarişi yerinə yetirməyiblər. Yəni sözügedən mahnını oxumaqdan imtina ediblər. Nəticədə hər üç müğənninin qonorarından kəsilib.

Qeyd edək ki, müğənnilər Röya, Rəhim Rəhimli və Zamiq noyabr ayının son günlərində Ukraynanın Kiyev və Rusiyanın Sankt-Peterburq şəhərlərində konsert proqramı ilə çıxış ediblər. Müğənnilərimizin qastrol səfəri "Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti" ictimai təşkilatının təşkilatçılığı ilə reallaşıb.