BolgeXeber.Com » Sosial » Sabirabadın bərbad gündə olan təhsli

Sabirabadın bərbad gündə olan təhsli

29-09-2010, 00:45
Oxunub: 6 157
Hazırda rayonda pul yığımına start verilib

Təhsilimizin bərbad gündə olması hamiya məlumdur. Lakin Təhsil Naziri Misir Mərdanovun uzun zaman mübarizə aparmasından sonra müəyyən qədər irəliləyişlərin olmasını danmaq olmaz.

Lakin təhsilimzdə olan neqativ adamların yaratdığı neqativ hallara görə hələ də təhsilimizin ürək açan olmamasını demək mümkündür.

“Bolgexeber” milli xəbər portalı olaraq adıçəkilən təhsilin səviyyəsi ilə maraqlandığımız zamanı əldə etdiyimiz məlumatlar buna əyani sübütdur. Əməkdaşlarımızın Sabirabad rayonunda olduğu zaman oradakı təhsilin həqiqətən də acınacaqlı gündə olmasına şahidlik ediblər. Onların verdiyi məlumata görə rayon təhsil şöbəsinin rəhbəri Elman müəllimin qoyduğu qaydalar rayonda olan təhsili uçuruma aparır.

Məktəblərdə texniki işlərə qəbul zamanı qoyulan “taslar”, məktəb drektoruna “yerində qalmaq üçün edilən təkliflər” haqda demək olar ki, hamı bilir. Lakin nədənsə Elman müəllimi “gözəgörünməyən əllər” həmişə xilas edir.

Daha sonra əməkdaşlarımız qarşıdan gələn müəllimlər günü ilə əlaqəli olaraq uşaqlardan məcburi qaydada pul yığımına başlamasıdır.

Qeyd edək ki, Sabirabadın təhsilində olan özbasşnalıq bununla bitmir. Sabirabad rayonundan hazırlanmış geniş reportajı yaxın günlərdə sizə catdıracayıq.